MTN generalı azadlığa çıxmaq istəyir
Bir qədər əvvəl də E.Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyirdi. Lakin birinci və yuxarı instansiya məhkəmələri ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün onun müraciətini təmin etməmişdi.
Qanuna görə, məhkum şəxs ağır xəstəlikdən əziyyət çəkirsə, vaxtından əvvəl cəzadan şərti olaraq azad edilə bilər.
Generalın budəfəki müraciətinə də Xəzər Rayon Məhkəməsində baxılıb. Hakim ərizə ilə tanış olduqdan sonra müraciəti icraata qəbul edib, məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib. Ekspert rəyindən asılı olaraq məhkəmə yekun qərar qəbul edəcək.
Qeyd edək ki, ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(Qafqazinfo)
AzVision.az
Teqlər: General