Goranboyda mingəçevirli narkokuryer saxlanılıb
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Əli Əliyev saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 kiloqrama yaxın tiryək və heroin aşkarlanıb.
Araşdırmalar zamanı Ə.Əliyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
AzVision.az
Teqlər: