Nişanlısı ilə mübahisə edən gənc özünü bıçaqladı

Nişanlısı ilə mübahisə edən gənc özünü bıçaqladı
  17 İyun 2024    Oxunub:1275
Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Yeni Sahə adlanan ərazidə 2004-cü il təvəllüdlü Anar Şahin oğlu Məmmədov nişanlandığı xanımla mübahisə edib.

Yaxınlarının verdiyi məlumata görə, xanım ayrılmaq qərarına gəlib. Qərara etiraz olaraq A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.(APA)

AzVision.az



Teqlər:





Xəbər lenti