Onun sözlərinə görə, parlament binası yaxınlığında keçirilən aksiyalar zamanı polis məcburiyyətdən xüsusi vasitələrdən istifadə edib.
Hər şey qanun çərçivəsində baş verməlidir. Mitinqlərin təşkilatçılarına dəfələrlə xəbərdarlıq edilib ki, gərginlikdən uzaq durmalı, qanun pozuntularına yol verməmək, xüsusən də məmurlara münasibətdə qanundan kənara çıxmamaq lazımdır. Təəssüf ki, onların davranışı fərqli oldu və təhlükəsizlik qüvvələri lazımi tədbirləri görməyə məcbur qalıb.
Xatırladaq ki, dünən “Vətən uğrunda Tavuş” hərəkatı paytaxtda vətəndaş itaətsizliyi aksiyası keçirib. Aksiyalar zamanı iğtişaşlar qeydə alınıb, 86 vətəndaş saxlanılıb. Bundan başqa, altısı polis olmaqla 50-dən çox etirazçı xəsarət alıb. Bir nəfərin isə barmaqları qopub.
Tural Tağıyev
AzVision.az