Paşinyan barmaqları qopan etirazçıdan danışdı: "Özü əlinə götürüb!"

      Paşinyan barmaqları qopan etirazçıdan danışdı:    "Özü əlinə götürüb!"
  13 İyun 2024    Oxunub:1060
Xəbər verdiyimiz kimi dünən “Vətən uğrunda Tavuş” hərəkatı paytaxtda vətəndaş itaətsizliyi aksiyası keçirib. Aksiyalar zamanı iğtişaşlar qeydə alınıb, 86 vətəndaş saxlanılıb. Bundan başqa, altısı polis olmaqla 50-dən çox etirazçı xəsarət alıb.
İrəvanda polislə radikalların toqquşması yerli mediada, erməni cəmiyyətində geniş müzakirələrə səbəb olub. Xüsusən də polisin atdığı səs qumbaralarından birinin etirazçının əlini qoparması gündəmə çevrilib.

Hərbi cani Ohanyanla Simonyan parlamentdə dava etdi - VİDEO
Bu gün baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı hər şeyin mətbuatda təqdim olunan kimi olmadığını iddia edib: "Dünən mənə bir şəkil göstərdilər. Məni inandırmağa çalışdılar ki, vətəndaşlardan birinin qolunu qoparıblar. Halbuki aşkar görünür ki, belə hadisə baş verməyib. Vətəndaş əməliyyat olunub və 3 barmağı amputasiya olunub. Buna təəssüflənirik. Amma yayılan videolardan da məlum oldu ki, vətəndaş özü polisin atdığı, həyat üçün təhlükəsiz olan xüsusi cihazı götürdüyü üçün o əlində partlayıb”.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti