El Mundo: Ukraynalı uşaqlar mafiya və insan alverçilərinin qurbanına çevrilə bilər |
"Onlardan biri yeni ad və yaşla övladlığa verilib, şəxsi məlumatlar Ukrayna hökumətinin verdiyi sənədlərdən fərqlənib", - nəşr yazıb.
Başqa bir uşağın Ukrayna adı rus versiyası ilə göstərilib. Lakin uşaqların heç birinin ukraynalı olması qeyd edilmir: "2022-ci ildə Rusiya ordusunun nəzarətinə keçən Ukraynanın cənub və şərq vilayətlərindəki şəhərlərdə uşaqlar dövlətə məxsus internat məktəblərindən də oğurlanıb. Beləliklə onlar qəyyumlarından və qohumlarından ayrı salınıblar".
Qaçırılan ukraynalıların yaşı səkkizdən 15-ə qədər dəyişir.
Məqalədə o da vurğulanır ki, "Financial Times"in əməkdaşları tərəfindən araşdırılaraq izlənilən, şəxsiyyətləri Ukrayna hakimiyyəti tərəfindən təsdiqlənən uşaqlar Tula vilayətində və Qazaxıstanla sərhədə yaxın Orenburq vilayətində peyda olublar. Araşdırılan uşaqlardan biri isə hətta işğal olunmuş Krıma aparılıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bir müddət öncə isə Kiyev səfərbərlik qaydalarını bir qədər də sərtləşdirib.
Rusiya həm də ən çox ukraynalı uşaqları naməlum şəkildə deportasiya etməkdə ittiham olunur.
Bu ilin fevral ayında BMT Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümünə həsr olunmuş xüsusi sessiyasında da bu mövzuya toxunulmuşdu. 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis bildirib ki, 1 000-dən çox ukraynalı uşaq ailəsindən zorla alınaraq Rusiyaya məcburi deportasiya edilib.
Tural Tağıyev
AzVision.az