Qruşko: "NATO hər vəchlə Rusiya ilə toqquşmağa çalışır"

      Qruşko:    "NATO hər vəchlə Rusiya ilə toqquşmağa çalışır"
  13 İyun 2024    Oxunub:944
"Sözün düzü, hazırda NATO-nun regionda gördüyü bütün işlər Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlıq mahiyyəti daşıyır".
AzVision.az xəbər verir ki, bu sözləri “İzvestiya” ("Xəbərlər") qəzetinə açıqlamasında Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko söyləyib.

"Həyata keçirilən təlimlər göstərir ki, bu, ya digər əməkdaşlıq təhlükəsizliyi üzrə konsepsiyalar kənara atılıb və NATO Soyuq müharibə dövrünün təhlükəsizlik planlarına qayıdıb", - o vurğulayıb.
Antonov: "Ukraynanın silahlandırılması ABŞ-nin Yaxın Şərqdəki acınacaqlı təcrübəsini xatırladır"

Diplomatın sözlərinə görə, alyans Rusiyaya qarşı "hibrid müharibə"yə başlayıb.

"İqtisadi sahədə ölkəmizə qarşı minlərlə qanunsuz sanksiya qoyulub, ideoloji sahədə Rusiyanın demonizasiyası prosesi baş verir. Bu prosesin ən bariz nümunələrindən biri budur ki, guya NATO Ukraynada müharibəni uduzarsa, Rusiya Polşanı və Baltikyanı ölkələri ələ keçirəcək", - Qruşko deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   NATO   müharibə  





Xəbər lenti