Ukraynaya nə qədər F-16 lazımdır? |
"Mən gözləntilərimə görə yayda F -16 təhvil verildikdən sonra tədarükləri daha çox olacaq. Təyyarə sayı artacaq və bu, onların Hərbi Hava Qüvvələrini gücləndirəcək", - nazir vurğulayıb.
Eyni zamanda, o, təyyarənin təhvili ilə bağlı konkret tarix açıqlamayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az