Husilər Qırmızı dənizdə daha bir gəmini vurub

   Husilər Qırmızı dənizdə daha bir gəmini vurub
  12 İyun 2024    Oxunub:937
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması Qırmızı dənizdən keçən ticarət gəmisini hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə "Ambrey" dənizçilik üzrə təhlükəsizlik şirkəti məlumat yayıb.

Hadisə Yəmənin Hüdeydə limanının cənub-qərbində, təxminən 68 dəniz mili (126 km) məsafədə qeydə alınıb. Vurulan gəmi dərhal təcili yardım siqnalı yayıb.

Gəminin hazırkı vəziyyəti və mümkün itki ilə bağlı təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, husilər İsrailin Qəzza zolağında apardığı müharibəyə cavabən bu ölkə ilə əlaqəli gəmilərə ötən ilin noyabrından bəri zərbələr endirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   Yəmən   husilər   gəmi  





Xəbər lenti