Qarabağda məhv edilmiş 4300 hərbçi ilə bağlı yeni baza yaradılır

Qarabağda məhv edilmiş 4300 hərbçi ilə bağlı yeni baza yaradılır
  12 İyun 2024    Oxunub:915
Ermənistanın Hərbi Xidmətçilərin Sığortası Fondu Müdafiə Nazirliyi ilə birlikdə İkinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərin xatirəsinə həsr olunmuş layihəyə başlayıb.
Fondun mətbuat katibi Narine Qriqoryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, tezliklə müharibədə öldürülmüş 4300-dən çox hərbi qulluqçunun fotoşəkilləri və qısa tərcümeyi-halları ilə birlikdə xüsusi siyahı dərc olunacaq.

Layihə 2025-ci ilin əvvəlinə qədər tam şəkildə həyata keçiriləcək. Bütün məlumatlar fondun internet saytında yerləşdiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti