"Rusiya ilə çoxəsrlik əlaqələrimiz inkişaf edəcək" - Paşinyan

"Rusiya ilə çoxəsrlik əlaqələrimiz inkişaf edəcək"    - Paşinyan
  12 İyun 2024    Oxunub:1027
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, o, təbrikdə Rusiya-Ermənistan münasibətlərinin kəsilməsində maraqlaı olmadığını ortaya qoyub: "Rusiya Federasiyasının milli bayramı - Rusiya Günü münasibətilə səmimi təbriklərimi qəbul edin! Rusiyanın yeni tarixində bu mühüm bayram rusların zəngin tarixi, mədəniyyəti və adət-ənənələri olan bir ölkənin yeni siyasi mərhələ açmaq istəyini simvollaşdırır".

Paşinyan əminliyini ifadə edib ki, Ermənistanla Rusiya arasında sarsılmaz bərabərlik prinsiplərinə əsaslanan və iki xalqın maraqlarını nəzərə alan çoxəsrlik münasibətlər bundan sonra da konstruktiv istiqamətdə inkişaf edəcək. Paşinyan belə hesab edir ki, bu, qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti