BMT təsdiqlədi: Qəzzada 2,1 mindən çox uşaq ölüb

   BMT təsdiqlədi:    Qəzzada 2,1 mindən çox uşaq ölüb
  12 İyun 2024    Oxunub:780
BMT 2023-cü ildə Qəzza zolağında 2,1 mindən çox uşağın öldüyünü təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin münaqişə zonalarında uşaqların vəziyyəti ilə bağlı hesabatında deyilir.

Sənəd ötən il yanvarın 1-dən dekabrın 31-dək baş vermiş hadisələri əhatə edir. “BMT 2267 fələstinli uşağın (1259 oğlan, 1008 qız) öldürüldüyünü təsdiqləyib, onlardan 2141-i Qəzza zolağında öldürülüb”, - hesabatda deyilir. Təşkilatın məlumatına görə, daha 126 fələstinli uşaq Şərqi Qüds və İordan çayının qərb sahilində həlak olub.

Sənədin mətnində xüsusi olaraq vurğulanır ki, BMT 206 uşağın ölümünə görə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) məsuliyyət daşıyır. Qurum həmçinin 9,1 minə yaxın uşağın ölümü ilə bağlı məlumatları yoxlayır.

Uşaq ölümlərinin əksəriyyəti “mülki əhalinin məskunlaşdığı ərazilərdə partlayıcı silahların istifadəsi nəticəsində baş verib”.

Tural Tağıyev
AzVision.az



Teqlər: BMT  





Xəbər lenti