ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Rusiyaya qarşı  sanksiyaları genişləndirir
  12 İyun 2024    Oxunub:773
Birləşmiş Ştatlar Rusiyaya yarımkeçirici çiplərin tədarükünü məhdudlaşdıran sanksiyaları genişləndirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, bu çiplərin hazırlanmasında Amerika istehsalı olan texnologiyadan istifadə edilir.

Nəşr mənbələrə istinadən bildirir ki, ABŞ markalı məhsullara ixrac nəzarəti və məhdudiyyətlərinin əhatə dairəsini genişləndirən dəyişikliklər bu gün elan ediləcək.

Qeyd olunur ki, sanksiyalar ən azı səkkiz şirkətə təsir edəcək.

Həmidə İbrahimova
AzVision.az





Teqlər:





Xəbər lenti