Putin üçün əla siqnal: Avropa gəncləri ölkələrini müdafiə etmək istəmirlər - "Politico" |
Rəsmilər iddia ediblər ki, artıq ikinci "Patriot" sistemi ABŞ-dan deyil, Polşada yerləşdirilmiş bazadan göndəriləcək: "Kompleks ehtiyac duyulan texniki xidmətdən və ya modifikasiyalardan asılı olaraq növbəti bir neçə gün ərzində cəbhə xəttinə yerləşdirilə bilər".
Qeyd edək ki, dünən Almaniya kansleri Olaf Şolz tezliklə Ukraynaya üçüncü "Patriot" sisteminin göndəriləcəyini bəyan etmişdi. Bundan başqa Kiyevə IRIS-T, Gepard qurğuları, raket və sursatlar da təhvil veriləcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az