Rusiya ilə diplomatik münasibətlərin bərpası prosesi gedir - Gürcüstan telekanalı
"Mənbənin bizə verdiyi məlumata görə, hakim “Gürcü arzusu” partiyası və Rusiya rəhbərliyi diplomatik münasibətlərin bərpası ilə bağlı fəal iş aparır və danışıqlar gedir. Hakimiyyət Moskvada Gürcüstan səfirliyini açmağı planlaşdırır, artıq işçilərin seçimi də başlayıb", - məlumatdə qeyd edilib.
Qeyd edək ki, 2008-ci ildən Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr kəsilib. Buna səbəb Rusiyanın Gürcüstana qoşun yeritməsi və işğal etdiyi Cənubi Osetiya ilə Abxaziyanın müstəqil dövlət kimi tanıması olub.
Tural Tağıyev
AzVision.az
Teqlər: