Paşinyan Obrayenlə sülh məsələsini müzakirə etdi

   Paşinyan Obrayenlə sülh məsələsini müzakirə etdi
  11 İyun 2024    Oxunub:822
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Ceyms Obrayen arasında görüş baş tutub
AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesi, Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsi və onun prinsipləri ilə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan həmçinin Ermənistan-ABŞ Strateji Dialoqunun yekun görüşünün İrəvanda keçirilməsinin vacibliyini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti