“Apple” öz məhsullarında süni intellekt texnologiyası tətbiq edir

   “Apple” öz məhsullarında süni intellekt texnologiyası tətbiq edir
  11 İyun 2024    Oxunub:2657
“Apple” ÜmumdünyaTərtibatçılar Konfransında bir neçə yeni süni intellekt (AI) funksiyasının tətbiq edildiyini və ChatGPT-ni yaradan “OpenAI” şirkəti ilə tərəfdaşlığını elan edib
AzVision.az xəbər verir ki, şirkət iPhone, iPad və Mac üçün “Apple Intelligence” fərdi intellekt sistemini təqdim edib.

Yenilənmələrə ChatGPT vasitəsilə yüzlərlə əlavə tapşırıq yerinə yetirə bilən “Siri” virtual köməkçisinin təkmilləşdirilməsi daxildir. “Apple” istifadəçiləri ayrıca dil seçimləri əsasında öz emojilərini və poçt qutusundakı məktubların xülasəsini yarada biləcəklər.

“Apple” şirkəti, “Microsoft” və “Google” kimi rəqiblərindən fərqlənəcəyini, böyük miqdarda məlumatların toplanmasını həyata keçirən süni intellekt texnologiyasının əsasında məxfilik prinsipinin dayanacağını bildirib.

Yenilənmələr bu ilin sonunda buraxılacaq “Apple iOS 18” əməliyyat sistemində pulsuz olaraq təqdim ediləcək, yeni funksiyaların tam dəsti isə yalnız ən son “iPhone”, “iPad” və “Macbook” modellərində işləyəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti