Fransız siyasətçi: Müdafiəmiz çətin vəziyyətdədir, 3 gün müharibə edə bilərik |
Co Baydenin İkinci Dünya Müharibəsində qalib gələn nəsli möhtəşəm və ya ən güclü adlandırmasına dair açıqlamaları fonunda indiki Avropa gəncləri fərqli görünürlər. Onlar Rusiyanın Avropa ölkələrinə hücumu halında öz həyatlarını riskə atmaq istəyinin olmadığını birbaşa bəyan edirlər.
Keçən həftə Böyük Britaniyada keçirilən sorğuda 18-24 yaşlı britaniyalıların yalnız 29%-i ölkəni işğala qarşı müdafiə edəcəyini deyib. Kontinental avropalılar da artıq döyüşkən və vətənpərvər deyillər. Sorğuların nəticələrinə görə, əgər onların ölkələri müharibə meydanına çevrilərsə, avropalıların yalnız 32%-i silah götürüb döyüşməyə hazır olacaq.
Hərbi imkanlara görə dünyanın ən güclü ölkəsi olan ABŞ-da belə, 2022-ci ildə aparılan bir araşdırma ortaya ürəkaçan nəticə qoymayıb. Araşdırmalar göstərib ki, amerikalıların yalnız 55%-i genişmiqyaslı müharibə halında silaha sarılacaq. Maraqlısı isə budur ki, gənc nəsil (18-34 yaş) ilə müqayisədə yaşlı nəsil (50-64 yaş) arasında döyüşə hazır olan insanlar daha çox olub.
"Bu vətənpərvərliyin olmaması faktı müxtəlif səbəblərlə izah edilə bilər. Məsələn, hökumətə artan inamsızlıq, “əbədi müharibələrdən” yorulmaq və ikrah hissi, Qərb dəyərlərinə inamın ümumən itməsi, gənclərin öz sələfləri ilə müqayisədə indi daha çox seçimlər etmək hüququnun olması və mühafizəkarlığın artması", - "Politico" yazıb.
Tural Tağıyev
AzVision.az