İrəvanda etirazçılar çadırlar qurub aksiya keçirirlər - VİDEO

İrəvanda etirazçılar çadırlar qurub aksiya keçirirlər    - VİDEO
  10 İyun 2024    Oxunub:818
“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları bu gecə gecə səhərə kimi Baqramyan prospektində aksiya keçiriblər. Etirazçılar Ermənistan parlamentinin binası qarşısında çadırlar qurublar.
Ermənistan mediasının yaydığı məlumata görə, onlara Proşyan-Dəmirçyan kəsişməsində toplaşmış etirazçılar da qoşulublar.

"Nikolu devirmək asan olmayacaq" - Gevorqyan
"Vətəndaşlar parlament binasına gedən yol ayrıcında 15-ə yaxın çadır qurublar. Bina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Baqramyan prospektində isə nəqliyyatın hərəkəti dayandırılıb. Sürücülər alternativ yollardan istifadə edirlər. Dünən Respublika meydanında keçirilən mitinqdən sonra etirazçılar Baqramyan prospektinə yürüş ediblər. Polis onların yolunu kəsərək Dəmirçyan küçəsinə girməyə icazə verməyib və bunu parlamentin fasiləsiz fəaliyyətinin təmin edilməsinin zəruriliyi ilə izah edib. Yürüş iştirakçılarından bəziləri buna əməl etsə də digərləri hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Proşyan-Dəmirçyan küçələrinin kəsişməsinə doğru yollanıb", - "Sputnik Armeniya" yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti