Beni Qants istefa verib

  Beni Qants istefa verib
  09 İyun 2024    Oxunub:1423
İsrailin fövqəladə hərbi kabinetinin üzvü, ordu generalı Beni Qants fövqəladə vəziyyət hökumətindən istefa verib.
“Bu asan qərar deyil, lakin İsrail dövləti əsl qələbəyə layiqdir. Qələbə bütün girovların qaytarılmasıdır, bu, əsl birlikdir, qələbə milli prioritetlərin ardıcıllığının dəyişdirilməsidir”, - Gants bildirib.

O deyib ki, “Netanyahu əsl qələbənin əldə olunmasına mane olur” və buna görə də onun bloku fövqəladə hökuməti tərk edir.

Gants 2024-cü ilin payızında seçkilər keçirməyə çağırıb və müdafiə naziri Yoav Qalanta müraciət edərək qeyd edib: “Sən dürüst adamsan. İndi təkcə həqiqəti danışmağın deyil, bu həqiqətə uyğun hərəkət etməyin vaxtıdır”.

O, əlavə edib: “Girovların ailələrindən üzr istəyirəm. Yaxşı nəticə əldə edə bilmədik. Məsuliyyət də mənim üzərimdədir”.

İsrailin baş naziri Benyamin Netanyahu Beni Qantsın hərbi kabinetdən istefasına münasibət bildirib:

“indi istefa üçün uyğun vaxt deyil, birlik zamanıdır. Qələbəyə və müharibənin bütün məqsədlərinə çatana qədər, hər şeydən əvvəl bütün məhbuslar azad edilənə və HƏMAS məhv edilənə qədər yolumuzu davam etdirəcəyik”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti