Fidan Rusiyaya gedir

   Fidan Rusiyaya gedir
  09 İyun 2024    Oxunub:844
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər 10-11 iyun tarixlərində baş tutacaq. Məlumata görə, XİN rəhbəri Moskvada ikitərəfli görüşlər keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq BRICS+ sessiyasında iştirak edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti