İlham Əliyev: Kəndlərin geri qaytarılmasını müsbət hal kimi qiymətləndiririk

   İlham Əliyev:   Kəndlərin geri qaytarılmasını müsbət hal kimi qiymətləndiririk
  08 İyun 2024    Oxunub:690
Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın otuz ildən çox müddət ərzində işğal altında olmuş Qazax rayonunun dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk”.
AzVision.az



Teqlər:





Xəbər lenti