Sumqayıtda ilk dəfə endoprotez əməliyyatı icra olunub

   Sumqayıtda ilk dəfə endoprotez əməliyyatı icra olunub
  07 İyun 2024    Oxunub:658
Sumqayıt Tibb Mərkəzində tibbi xidmət çeşidlərinin artırılması istiqamətində növbəti uğurlu addım atılıb.
Bu barədə jurnalistlərə açıqlama verən Mərkəzin direktoru Elnur Azadxanov bildirib ki, 2 nömrəli xəstəxanada ilk dəfə endoprotez əməliyyatı baş tutub:

“Qadın pasiyentin sağ diz oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib. Əməliyyatı travmatoloq-ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev icra ediblər".

Qeyd olunur ki, bu tip cərrahi ortopedik əməliyyatlar xəstənin başqa xəstəxanalara yönəldilməsini, vaxt aparan növbələri aradan qaldıracaq, həmçinin Sumqayıt, həm də ətraf ərazilərdə yaşayan əhalinin xidmətə əlçatanlığını təmin edəcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti