Fransada "Neptun" əməliyyatının ildönümü keçiriləcək

   Fransada "Neptun" əməliyyatının ildönümü keçiriləcək
  05 İyun 2024    Oxunub:932
II Dünya müharibəsi dövründə, 6 iyun 1944-cü il tarixində müttəfiq dövlətlərin (Britaniya, ABŞ, Kanada və Fransa) nasist Almaniyasına qarşı Fransanın Normandiya vilayətində qələbəsinin - "Neptun" əməliyyatının 80-ci ildönümü ilə bağlı tədbir baş tutacaq.
AzVision.az xəbər verir ki, Normandiyada keçiriləcək ildönümü mərasimində Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydeni, Britaniya kralı III Çarlzı və Kanadanın Baş naziri Castin Trüdonu qarşılayacaq.
Zelenski Fransada Baydenlə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski də 200 müharibə veteranı ilə birgə mərasimə qoşulacaq. Onun həmçinin Bayden və Makronla da ayrı-ayrılıqda görüşləri planlaşdırılır.

Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar rəsmi Moskvadan, habelə ölkənin müxalifətindən hər hansı nümayəndə tədbirə çağırılmayıb.

(Rusiyalı müxalif siyasi fəal Lev Ponomaryov)

"İkinci Dünya müharibəsində milyonlarla insanı qurban verən Rusiyanın iştirakdan kənar qalması düzgün deyil", - Dövlət Dumasının sabiq deputatı, hazırda Fransada yaşayan müxalif siyasi fəal Lev Ponomaryov bu barədə "Agence France-Presse" (AFP) agentliyinə bildirib. O, ən azından, müxalifət üzvlərinin iştirakını gözlədiyini dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   ABŞ   Rusiya   II-Dünya-müharibəsi  





Xəbər lenti