İnqilabçı keşiş hərbi cani Serjiklə niyə görüşüb?

   İnqilabçı keşiş hərbi cani  Serjiklə niyə görüşüb?
  05 İyun 2024    Oxunub:768
“Vətən naminə Tavuş” etiraz hərəkatının lideri, keşiş Baqrat Qalstanyan ötən gün Ermənistanın üçüncü prezidenti, hərbi cani Serj Sarkisyanla görüşüb.
"Hraparak" qəzeti inqilab arzusunda olan arxiyepiskopun keçmiş prezidentlə olan qapal görüşünün detallarını yayıb. Qeyd edilir ki, hərəkat rəhbəri Serjikin Dzoraxbyuredəkı malikanəsinə gedib.

Yaxşı (Baqr)at qamçı vurdurmaz… | Ədalət Verdiyevin yazısı
“Baqrat Qalstanyan hərəkatın gələcək taktikasının nədən ibarət olmasından danışıb. Xüsusən də o, həmişə parlamentdə baş nazirin impiçmentinin tərəfdarı olduğunu, lakin indi artan küçə təzyiqləri yolu ilə getdiyini deyib”, - nəşr yazıb.

Sarkisyan isə bildirib ki, onun rəhbərlik etdiyi Respublika Partiyası etirazçılar hələ İrəvana çatmamış hərəkatı dəstəkləyib. Respublikaçıların ayrı-ayrı qrupları vaxtaşırı Kirants kəndinə səfərlər edib.

"Hraparak" iddia edib ki, hərbi cani gələcək hakimiyyət sistemində yer tutmaq fikrində olmadığını söyləyib: “Əsas odur ki, Paşinyanın hakimiyyətindən qurtulaq”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Keşiş  





Xəbər lenti