ABŞ Ukraynaya əlavə 50 milyard dollar ayıra bilər

   ABŞ Ukraynaya əlavə 50 milyard dollar ayıra bilər
  05 İyun 2024    Oxunub:792
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları qeyri-müəyyən müddətə uzadarsa, ABŞ Ukraynaya əlavə 50 milyard dollar ayıracaq.
Bu barədə Financial Times ( FT ) qəzeti Aİ-nin maliyyə nazirlərinin onlayn görüşündə müzakirə üçün hazırlanmış sənədə istinadən məlumat yayıb.

Vəsait isə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına formalaşacaq.
Nəşr hesab edir ki, sanksiyaların müddəti ehtimal ki qeyri-müəyyən müddətə uzadılacaq. Odur ki, ayrılacaq vəsaitin hansı sahələrə bölünəcəyi müəyyənləşdirilməlidir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti