Qətər XİN: "Tərəflərdən aydın mövqe gözləyirik"

    Qətər XİN:    "Tərəflərdən aydın mövqe gözləyirik"
  04 İyun 2024    Oxunub:830
Qətər İsrail-HƏMAS müharibəsinin həlli prosesində vasitəçi rolunu oynayan ölkələrdən biri kimi ABŞ-nin Qəzzada atəşkəs təklifinə cavabən həm İsrail hökumətindən, həm də HƏMAS-dan yekdil mövqe gözləyir.
AzVision.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari bildirib.

"Atəşkəs razılaşması həyata keçirilərsə, Qəzzadakı bütün insanların, əsirlərin və onların ailələrinin uzunmüddətli əzablarına dərhal son qoyulacaq və müharibəni bitirmək üçün lazımi plan üzrə işlərə başlanacaq", - diplomat vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qətər   İsrail   Qəzza  





Xəbər lenti