Lavrovdan Parisə xəbərdarlıq: "Hərbçiləriniz qanuni hədəfimiz olacaq!"

    Lavrovdan Parisə xəbərdarlıq:    "Hərbçiləriniz qanuni hədəfimiz olacaq!"
  04 İyun 2024    Oxunub:1177
Ukraynada fəaliyyət göstərən istənilən fransız hərbçisi Rusiya Federasiyası üçün qanuni hədəf sayılır.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya ilə müharibə başlasa, "Ramştein" NATO-nun ən zəif nöqtəsi olacaq
Onun sözlərinə görə, fransızlar artıq Ukraynada fəaliyyət göstərirlər və bunu deməyə əsaslar da var.

“Onların Fransa silahlı qüvvələrinin üzvü olması və ya sadəcə muzdlu kimi fəaliyyət göstərməsindən asılı olmayaraq bu adamlar bizim silahlı qüvvələrimiz üçün qanuni hədəfdir”, - Lavrov xəbərdarlıq edib.

Bundan əvvəl Fransa mətbuatı Parisin Ukraynaya hərbi təlimatçıların göndərilməsi məsələsini nəzərdən keçirdiyini yazmışdı. Daha sonra fransızların artıq Odessa və Lvova gəldiyi barədə məlumatlar ortaya çıxdı.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Son aylara qədər Qərb ölkələri, xüsusən də Fransa Ukraynaya ancaq silah-sursat yardımları edirdilərsə, artıq canlı qüvvə məsələsində də aktiv müzakirələr gedir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Fransa   Hərbçi  





Xəbər lenti