2024-cü ildə Ayın bilinməyənlərini araşdıracaq missiyalar |
Çinin Ayı araşdıran tarixi missiyası
"Chanye 6" bazar günü səhər saatlarında demək olar ki, heç kimin cəhd etmədiyi ayın Cənub Qütbündəki Aitkendə uğurla eniş etmişdi. Eniş risklərlə dolu olub. Çünki Ayın digər tərəfinin kosmik aparatlarla əlaqəsi olduqca çətin olur. Çin, 2019-cu ildə "Chanye-4" kosmik gəmisini Ayın qaranlıq hissəsinə endirərək oxşar missiyanı yerinə yetirən yeganə ölkə olub.
Mütəxəssislər, "Chanye 6" tərəfindən toplanan nümunələrin Ayın, Yerin, Günəş sisteminin mənşəyi və təkamülü ilə bağlı ipuçları verə biləcəyini söyləyirlər. Bundan başqa, bu missiya sayəsində Çinin Ay ambisiyalarını inkişaf etdirmək üçün vacib məlumatlar əldə ediləcək, asiyalılara əlavə texniki təcrübələr qazandıracaq.
Çin 2030-cu ildə Aya astronavt göndərməyi planlaşdırır. Pekin bundan başqa daha iki "Chanye" missiyasını da həyata keçirəcək.
Tural Tağıyev
AzVision.az