Ukrayna Krım körpüsünə hücuma hazırlaşır - "Bild"

Ukrayna Krım körpüsünə hücuma hazırlaşır    - "Bild"
  04 İyun 2024    Oxunub:730
Ukrayna ordusu Krım körpüsünə yeni hücuma hazırlaşır. Bu fikirlər "Bild" saytında dərc olunan " target="_blank"> məqalədəndir.
Nəşr yazır ki, bir sıra ekspertlər və hərbi analitiklər belə hesab edirlər ki, körpüyə sardıcı zərbə vurulacaq.

Rusiya ilə müharibə başlasa, "Ramştein" NATO-nun ən zəif nöqtəsi olacaq
Ötən həftənin sonunda Ukrayna ordusu Krımda Rusiyaya məxsus "Avangard" və "Conroe Trader" bərələrinə hücum edib. Rusiya mənbələri bərələrə hücum üçün Qərb silahlarından - ATACMS və "Storm Shadow" raketlərindən istifadə edildiyini bəyan ediblər. Eyni zamanda, Rusiyanın Krımdakı hava hücumundan müdafiə sistemi də növbəti dəfə sıradan çıxarılıb.

Bərələrdən biri batıb və ikinci gəminin gövdəsində böyük dəlik yaranıb. Hərbi ekspert Yulian Röpke qeyd edib ki, hər iki bərə uzun illərdir Rusiya ərazisi ilə ilhaq edilmiş yarımada arasında aktiv fəaliyyət göstərirmiş.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Krım   Körpü  





Xəbər lenti