"X"dən "XXX"ə

// İlon Mask "böyüklər üçün" materiallara qapını açır

   "X"dən    "XXX"ə
  04 İyun 2024    Oxunub:829
"X" sosial şəbəkəsi (keçmiş Twitter -red.) böyüklər üçün məzmuna dair siyasətini dəyişib. Bundan sonra "X"-də sosial şəbəkə istifadəçilərinə böyüklərin cinsi fəaliyyətini və ya açıq mövzuları əks etdirən məzmunların dərcinə icazə veriləcək. Bununla belə, bu cür materiallar hər kəsə birbaşa açıq görünməyəcək, paylaşımlarda xəbərdaredici xüsusi qeydlər yer alacaq.
Şirkət bəyan edib ki, əgər "X" istifadəçilərinin belə paylaşımların onlar üçün açıq qalmasına razılığı olacaqsa, həmin şəxslər açıq-saçıq mövzularda paylaşım etmək, seksual məzmun yaratmaq və yaymaq hüququnu da özlərində saxlayacaqlar.

Bir sözlə, bundan sonra "X" sosial şəbəkəsi istifadəçiləri üçün azadlıqlar daha da artacaq, cinsi ifadə adi bədii ifadənin bir forması sayılacaq.

“X” sosial şəbəkəsi 71% ucuzlaşıb
Bununla belə, şirkət böyüklərə aid məzmunu uşaqlardan və belə mövzuları görməməyi üstün tutan digər istifadəçilərdən gizlədə də biləcək ki, bu da məlum "azadlığı" tarazlaşdıracaq. Şirkət yetkinlik yaşına çatmayanların istismarını, zorakı səhnələrin obyektivləşdirilməsini və ya seksuallaşdırılmasını, eləcə də ədəbsiz davranışları təbliğ edən məzmunlara da qadağa qoyacaq.

Həmçinin yeni qaydalara əsasən, bannerlərə və profil şəkillərinə böyüklər üçün kontentlər yerləşdirilməməlidir. "X"də tez-tez cinsi məzmunlu materiallar yerləşdirəcək istifadəçilər onu açıq-saçıq materialları görmək istəməyənlərdən gizlətməlidirlər. Yəni, bunun üçün paylaşımına tələb olunan müəyyən media parametrlərini qoymalıdırlar.

Ümumilikdə isə "X" sosial şəbəkəsi istənilən pornoqrafik və ya seksual xarakter daşıyan materialı böyüklər üçün məzmun kimi təsnif edir. Bura həmçinin süni intellekt tərəfindən yaradılan şəkillər və ya videolar da daxildir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Sosial-Şəbəkə   X  





Xəbər lenti