Fidan çinli həmkarı ilə görüşüb - FOTO - YENİLƏNİB
Nazir həmçinin Qəzza zolağında müharibənin həllinə Türkiyə və Çinin ortaq perspektivdən yanaşdığını vurğulayıb.
"Qəzzada atəşkəs razılaşması üçün Çinlə birlikdə işlər aparırıq", - o bildirib.
* * *
09:40
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri çərçivəsində paytaxt Pekində ölkənin vitse-prezidenti Han Çen, ardınca isə öz həmkarı Van Yi ilə görüşüb.
AzVision.az xəbər verir ki, nazirlər qarşılıqlı əlaqələrlə yanaşı Qəzza zolağındakı müharibənin cari vəziyyəti barədə də fikir mübadiləsi aparıblar. Onların görüşün yekununda birgə mətbuat konfransı gözlənilir.
Hakan Fidan Pekində görüşlərini tamamlayaraq, Sincan-Uyğur Muxtar Rayonunun Urumçi və Qaşqar şəhərlərinə baş çəkəcək.
Firudin Həmidli
AzVision.az
Teqlər: Türkiyə Çin nazir səfər