İsrail Qəzzada atəşkəsə hazırdır
"İsrail girovları geri qaytarmaq üçün hərbi əməliyyatları 42 gün müddətinə dayandıra bilər. Amma biz müharibəni dayandıra bilmərik. İranlılar və bütün düşmənlərimiz təslim olub-olmayacağımızı bilmək üçün bizə baxırlar. Çoxlu yalan xəbərlər yayılır", deyə Netanyahu Knessetin (parlament) Xarici Əlaqələr və Müdafiə Komitəsində qapalı iclası zamanı deyib.
2023-cü il oktyabrın 7-dən İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə gedir. Həmin gün hərəkat İsrailə hücum edib və 200-dən çox insanı girov götürüb. Mindən çox israilli ölüb. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb. Yerli hakimiyyət orqanlarının son məlumatlarına görə, 36 min fələstinli həlak olub. May ayında İsrail ordusu Rəfah keçidinin Fələstin hissəsinə nəzarəti ələ keçirib.
AzVision.az