Merkuris: "Ukrayna ordusu ilin sonuna qədər əsgərsiz qala bilər"

 Merkuris:    "Ukrayna ordusu ilin sonuna qədər əsgərsiz qala bilər"
  03 İyun 2024    Oxunub:1021
"Ukrayna Silahlı Qüvvələri 2024-cü ildə döyüş meydanında böyük itkilər verə bilər. İtki sayı bu ilin sonuna qədər təlimlərdə hazırlıq keçənlərdən çox olacaq".
Bu fikirlər britaniyalı analitik Aleksandr Merkurisin "Duran"a verdiyi müsahibədəndir.

Rusiya Odessaya desant çıxarmağa hazırlaşır
Merkuris hətta iddia edib ki, artan itkilərə görə Ukrayna Silahlı Qüvvələri ilin sonuna qədər əsgərsiz də qala bilər.

Silahlı Qüvvələrin briqadaları artıq ehtiyac duyulan gücün yarısına malikdir. İş o yerə çatıb ki, hərbi komandanlıq əsgərləri cəmi bir neçə günlük hazırlıqdan sonra döyüşlərə atmalı olur.

Merkuris onu da vurğulayıb ki, Qərb Ukrayna hakimiyyətini bir müddət sonra yaşlı insanları da səfərbər etməyə sövq edəcək.

"Tezliklə cəbhədə 60 yaşlı əsgərləri görsək, təəccüblənmərəm", - analitik deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Əsgər   Ekspert  





Xəbər lenti