Netanyahu fransızlara Afrikadakı “qanlı toy”u xatırlatdı
"Fransızlar səhvən Malidə toy məclisinin iştirakçılarını öldürüblər, lakin prezident Emmanuel Makronu qatil adlandırmırlar", - İsrailin baş naziri deyib.
Netanyahu 2021-ci ildə Fransa ordusunun Malidə keçirdiyi əməliyyatdan bəhs edir. Hücum toyda iştirak edən 22 nəfərin həyatına son qoyub. BMT-nin araşdırması nəticəsində məlum olub ki, ölənlərdən 19-u mülki şəxsdir. Fransa isə bununla razılaşmır, bildirir ki, hərbçilər cihadçıları məhv edib və ərazidə toy olmayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: