Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib

Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib
  30 May 2024    Oxunub:1515
Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun 30 may 2024-cü il tarixli iclasında Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib.
AzVision.az Bakı və Azərbaycan Yeparxiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Stavropol Yeparxiyasının din xadimi iqumen Aleksiy (Smirnov) seçilib.

İqumen Aleksiy (Smirnov) 10 aprel 1975-ci ildə Stavropolda anadan olub. 1995-ci ildə Stavropol Seminariyasını, 1999-cu ildə Sankt-Peterburq Ruhani Akademiyasını bitirib. 12 iyul 1999-cu ildə Stavropol və Vladiqafqaz mitropoliti Gedeon onu diakon rütbəsinə, 1 avqust 1999-cu ildə isə keşiş rütbəsinə təyin edib. 24 avqust 1999-cu ildə o, rahib andı içərək "Aleksiy" adını qəbul edib. 2009-cu ildə Stavropol Dövlət Universitetini tarix müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildə Şimali Qafqaz Federal Universitetinin İlahiyyat fakültəsinin magistraturasını bitirib.

Bu günədək iqumen Aleksiy (Smirnov) həm də Stavropol yeparxiyasının təhsil və katexizasiya şöbəsinin rəhbəri, Yeparxiya Şurasının katibi, Stavropol şəhəri Müqəddəs Andrey yepiskop məkanının açardaşıyanı, Şimali Qafqaz Federal Universitetinin politologiya və ilahiyyat kafedrasının dosenti, Qafqaz xalqlarının Dostluğu İnstitutunun elm və ilahiyyat kafedrasının dosenti kimi fəaliyyət göstərir. Bir sıra elmi əsərin müəllifidir.

AzVision.az


Teqlər: Bakı-Yeparxiyası   təyinat  





Xəbər lenti