Layihə çərçivəsində həmçinin uşaqlarda vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirmək məqsədilə bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə iştirakçılarının ifalarında səsləndirilən şeirlər münsiflər tərəfindən qiymətləndirilib. Tədbir zamanı peşəkar fotoqraf tərəfindən uşaqlara təbiət fotolarını çəkmək dərsləri keçirilib.
Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərə qayıtmış sakinlərin övladlarının mədəni həyata daha sıx inteqrasiya olunması, onlardan istedadlı gənclərin aşkar edilərək gələcəkdə respublika va beynəlxalq səviyyəli müsabiqələrdə iştirakına dəstək göstərilməsindən ibarətdir.
AzVision.az