Robert de Niro: "Tramp təlxəkdir" - FOTO/VİDEO

      Robert de Niro:    "Tramp təlxəkdir" -    FOTO/VİDEO
  28 May 2024    Oxunub:1154
"Bu şəhərdə (Nyu-York - red.) hamıya yer tapılır, hətta təlxəklərə də. Şəhərin hər yanında onları görə bilərsiniz. Küçələrdə əcaib hərəkətlərinə göz yumuruq. (Onlardan biri kimi sabiq prezident - red.) Tramp ölkənin idarəsi üçün münasib şəxs deyil. Bu belədir, hamımız bilirik".
AzVision.az xəbər verir ki, bu sözləri dünyaca məşhur amerikalı kino aktyoru Robert de Niro ABŞ Prezidenti Co Baydenin seçki kampaniyası çərçivəsində Nyu-Yorkun Aşağı Menhetten rayonunun məhkəməsi qarşısında baş tutan mətbuat konfransında çıxışı zamanı dilə gətirib.

"Donald Tramp yenidən prezident seçilərsə, təkcə bu şəhəri yox, ölkəni də və nəhayət, dünyanı da dağıtmaq niyyətindədir. O, Ağ Evə qayıtsa, hamımız insan azadlıqları ilə vidalaşacağıq. Bəs seçkilər? Hansı seçki?! Vəssalam! Sizə deyirəm,Tramp qapıdan içəri girəcəyi təqdirdə bir daha oradan çıxası deyil!", - konfransa xüsusi qonaq qismində qoşulmuş aktyor vurğulayıb.


(Aktyor Robert de Niro sabiq prezident Donald Tramp tərəfdarlarına qışqırarkən)

Onun nitqi zamanı Tramp tərəfdarları öz etirazlarını bildirib və "Lənətə gəlsin Bayden!" şüarları səsləndiriblər. Nəticədə De Niro və etirazçılar arasında yüngül qarşıdurma meydana gəlib.



Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident-seçkiləri   aktyor  





Xəbər lenti