Bildirilir ki, sabiq prezident ölkənin hazırkı hakimiyyətini siyasi motivlərlə təqib etməkdə ittiham edir və şikayətlər də bununla bağlı olub. Dərc edilmiş qərarda göstərilir ki, Saakaşvili 2018-ci il yanvarın 5-də və iyunun 28-də ona qarşı çıxarılan hökmlərin “təsdiqlənməmiş şayiələrə və digər etibarsız sübutlara əsaslandığını” iddia edib.
Eyni zamanda o, hesab edir ki, onun işinə baxan hakim müstəqillik və qərəzsizlik meyarlarına cavab verməyib.
Məhkəmə isə öz növbəsində yekdilliklə iddiaçının şikayətlərini qəbuledilməz elan edib.
Şahanə Rəhimli
AzVision.az