KTMT-nin iki üzvü müharibədə Ermənistana qarşı çıxmışdı - Paşinyan

   KTMT-nin iki üzvü müharibədə Ermənistana qarşı çıxmışdı -    Paşinyan
  23 May 2024    Oxunub:800
Baş nazir Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iki üzvü 44 günlük müharibədə Ermənistana qarşı çıxıb.
“Armenpress” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumət saatında deyib.

“Mən KTMT-yə üzv olan ən azı iki ölkəni tanıyıram ki, onlar bizə qarşı müharibənin hazırlanmasında iştirak ediblər. Bu ölkələr elə imitasiya yaratdılar ki, guya bizə kömək ediblər və ya etmək istəyirdilər. Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi. Sərhəddə qarşıdurmaları qızışdırmaq istəyirdilər. Biz delimitasiya prosesi ilə biz bir çoxlarını bu imkandan məhrum etdik.

Delimitasiya prosesinə gəlincə, dediklərim mübaliğə kimi görünə bilər, lakin biz bu problemi 60% həll etmişik".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti