Gürcüstanın Baş prokuroru istefa verib

Gürcüstanın Baş prokuroru istefa verib
  23 May 2024    Oxunub:863
Gürcüstanın Baş prokuroru İrakli Şotadze səhhəti ilə əlaqədar istefa verib.
Bu barədə Gürcüstan Baş Prokurorluğunun saytında yerləşdirilmiş İrakli Şotadzenin bəyanatında qeyd olunub. “Həkimlərin tövsiyələrini nəzərə alaraq mənim üçün çox çətin bir qərar verməliyəm. Müalicə prosesi yəqin ki, bir neçə ay çəkəcək və mən bu məqsədlə bir həftədən artıqdır ki, xaricdəyəm”, - Şotadze vurğulayıb.

Şotadze iki dəfə - 2015-2018-ci illərdə və 2020-ci ildən bu günə kimi Gürcüstan Prokurorluğuna rəhbərlik edib. “Prokurorluq haqqında” qanuna əsasən, baş prokuror Gürcüstan parlamenti tərəfindən 6 il müddətinə seçilir. Eyni şəxs iki dəfədən artıq Baş prokuror seçilə bilməz.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti