Aİ-dən 14-cü sanskiya paketi: 100-dən çox şəxs “qara siyahı”ya düşəcək

      Aİ-dən 14-cü sanskiya paketi:    100-dən çox şəxs “qara siyahı”ya düşəcək
  23 May 2024    Oxunub:787
Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində 100-dən çox şəxsi əlavə olaraq “qara siyahı”ya salmaq niyyətindədir.
Bu barədə Financial Times ( FT ) məlumat yayıb. Nəşr qeyd edib ki, məhdudiyyətlər ukraynalıların işğal olunmuş ərazilərdən deportasiyası və silah istehsalına məsuliyyətli olan şəxslərə şamil ediləcək.

Qeyd edək ki, Avropa İttifaqı Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketində 106 fiziki və 88 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Eyni zamanda Çin, Şri-Lanka, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə şirkətlərini Rusiyaya qarşı sanksiyalardan yayındıqlarına görə “qara siyahı”ya düşüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti