Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində barəsində axtarış verilən qadın saxlanılıb.
Xidmətdən AzVision.az -a verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarılan şəxs - Əhmədova İlhamə Miraslan qızı saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.