Rusiyanın müdafiə nazirinin müavininə 2 aylıq həbs verildi

 Rusiyanın müdafiə nazirinin müavininə  2 aylıq həbs verildi
  24 Aprel 2024    Oxunub:936
Moskvanın Basmannı rayon məhkəməsi müdafiə nazirinin müavini Timur İvanova qarşı istintaqın vəsatətini təmin edib. Onun barəsində iyunun 23-dək iki aylıq həbs qətimkan tədbiri seçilib.
O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onunla birlikdə işdə iştirak edən digər şəxs Sergey Borodin də həbs edilib. İstintaqla müəyyən edilib ki, o, Timur İvanovun dostu olmaqla, Müdafiə Nazirliyinin ehtiyacları üçün əmlak xidmətlərinin göstərilməsi üçün podrat və subpodrat əldə etmək məqsədilə üçüncü şəxslərlə cinayət əlaqəsinə girib.

Timur İvanov dünən axşam saatlarında saxlanılıb. Müdafiə Nazirliyində o, idarə obyektlərinin tikintisinə və əsaslı təmirinə, xüsusən də Vostoçnı kosmodromunun tikintisinə nəzarət edib. O, 2016-cı ildə nazir müavini vəzifəsinə təyin edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti