Zaxarova: "NATO-nun sərhədlərimzdəki manevrləri hərbi insident riskini artırır"

Zaxarova:    "NATO-nun sərhədlərimzdəki manevrləri hərbi insident riskini artırır"
  24 Aprel 2024    Oxunub:665
NATO-nun Rusiya sərhədləri yaxınlığındakı manevrləri mümkün hərbi insident riskini artırır.
AzVision.az xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiya NATO-nu hədələdi: "Bazaları yandırarıq!"
Diplomat qeyd edib ki, alyans əvvəllər neytral dövlət olan, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı müzakirələrin nüfuzlu iştirakçısı sayılan Finlandiyanı hərbiləşdirməyə davam etdirir:

"Moskva Qərbin aqressiv hərəkətlərini diqqətlə izləyir və müdafiə qabiliyyətinə təhdidləri dayandırmaq üçün siyasi, hərbi-texniki xarakterli bütün lazımi tədbirləri görəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nato   Rusiya  





Xəbər lenti