İsrail ordusu “Hizbullah”in iki komandirini məhv edib

İsrail ordusu “Hizbullah”in iki komandirini məhv edib
  23 Aprel 2024    Oxunub:501
İsrail ordusu Livandakı “Hizbullah”ın silahlı birləşmələrinin komandirlərini məhv edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Belə ki, bu səhər hava hücumu nəticəsində Livanın cənubunda “Hizbullah”ın hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan Hüseyn Əli Azkul məhv edilib.

Azkul İsrailə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsində yaxından iştirak edib və “Hizbullah”ın zenit bölməsinin gündəlik fəaliyyətinə cavabdeh olub. Onun məhvi “Hizbullah”ın hava hücumundan müdafiə bölməsinin potensialına ciddi ziyan vurub.

Bundan əlavə, İsrail ordusu ötən gecə Arzun bölgəsində “Radvan” xüsusi təyinatlılarının strukturunda mühüm mövqe tutan Məhəmməd Xəlil Atiyanın öldürüldüyünü bəyan edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti