Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlanıldı |
“Qadağanın səbəbi barədə məlumat verilmir və qərar göstərilmir, mən birinci Qarabağ müharibəsində iştirak etmişəm və yaralanmışam, bundan sonra uzun müddət Ermənistanda yaşamışam. Nə qədər məni təyyarəyə minib pulsuz qayıtmağa razı salmağa çalışsalar da, buradan getməyəcəyəm”, – deyə jurnalist bildirib.
Nikolyan bundan əvvəl də bu günlərdə İrəvanla Bakı arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalara etirazların getdiyi Əskipara kəndində olub. Onun sözlərinə görə, görünür, onun Tavuş vilayətinə səfəri hökumət orqanlarının xoşuna gəlməyib.
Hərbi müxbir bildirib ki, qadağaya etiraz olaraq, o, hazırda hava limanında aclıq aksiyası keçirir.
Həmçinin bax:
Delimitasiyaya hazırlıq: Ermənistan Bağanis-Əskipara yolunu bağladı
Şahanə Rəhimli
AzVision.az