Peskov: "Geosiyasi reallıqda sülhməramlıların funksiyası qalmayıb"
"Bu, Ermənistanın Azərbaycanın 1991-ci ildəki sərhədlərini tanıdıqdan sonra regionda yaranmış reallığa uyğundur. Hazırkı geosiyasi reallıqda sülhməramlıların funksiyası qalmayıb", - o bildirib.
Peskov Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmaya da toxunub:
"Bəzi məsələlər artıq razılaşdırılıb. Danışıqlar davam edir".
O həmçinin sülh sazişi ilə bağlı bildirib ki, Bakı və İrəvan bu sahədə də işləyir, ancaq hələ də razılaşdırılmamış maddələr var.
AzVision.az
Teqlər: Rusiya Azərbaycan Ermənistan