Rusiya Türkiyədə yeni AES tikilməsinə hazırdır

   Rusiya Türkiyədə yeni AES tikilməsinə hazırdır
  19 Aprel 2024    Oxunub:693
Rusiyanın Atom Enerji Təşkilatı “Rosatom” Türkiyədə yeni layihələrin həyata keçirilməsində, xüsusilə də bərpa olunan enerji mənbələri sahəsində maraqlıdır.
Bu barədə “Akkuyu” nüvə layihəsi şirkətinin direktorlar şurasının sədr müavini Anton Dedusenko məlumat verib. Onun sözlərinə görə, “Rosatom” Türkiyədə külək stansiyalarının və günəş elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsində maraqlıdır və artıq bu təşəbbüslər üzərində işə başlayıb.

“Rosatom” Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməyə hər zaman açıqdır. Texnoloji potensialımızı və istehsal gücümüzü nəzərə alaraq, biz Türkiyə tərəfinin ölkədə yeni atom elektrik stansiyalarının tikintisi ilə bağlı təkliflərini nəzərdən keçirməyə, buna cavab olaraq səmərəli və qarşılıqlı faydalı həllər təklif etməyə hazırıq.

Biz “Akkuyu” AES-in tikintisi layihəsinin icrası zamanı toplanmış faydalı təcrübədən, o cümlədən tədarük olunan materialların tədricən lokallaşdırılmasından və Türkiyə şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən istifadə edə biləcəyik”.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti