Ukraynada 10 min məhkumun səfərbər olunması gözlənilir

   Ukraynada 10 min məhkumun səfərbər olunması gözlənilir
  18 Aprel 2024    Oxunub:1147
"Ukraynada 10 minə qədər məhkum səfərbər oluna bilər".
AzVision.az xəbər verir ki, bunu “New Time”-a Ukrayna Ali Radasının deputatı Roman Kostenko deyib.

O bildirib ki, yüz minlərlə əsgər dərhal sərbəst buraxılmayacaq.

Deputat məhkumların orduya qəbulu prosesinin dəqiq necə baş verəcəyini açıqlamayıb. Eyni zamanda o qeyd edib ki, Ukraynanın bu cür təcrübəsi var. Belə ki, müharibənin əvvəlində məhkumlar döyüşlərdə iştirak etmək üçün azad edilmişdi.

Qeyd edək ki, hazırda Ukrayna qanunvericiliyi məhkumların və cəzasını çəkmiş şəxslərin Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb edilməsini qadağan edir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti